Bazar , Oktyabr 20 2019
Ana səhifə / Siyasət / Bakı və Yerevan dezertir əsgərə görə danışıqlara başladı

Bakı və Yerevan dezertir əsgərə görə danışıqlara başladı

Ermənistan Xarici İşlər Nazirliyi erməni hərbçi Araik Kazaryanın ölkəsinə qaytarılması üçün səylər göstərir. 

Sputnik Ermənistan xəbər verir ki, bunu bu gün parlamentdə çıxışı zamanı Xarici İşlər nazirinin müavini Artak Apitonyan bildirib.
“Danışıqlar ATƏT-in Minsk qrupu formatında, həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan və Bakıdakı ofisləri vasitəsilə həyata keçirilir. Məsələnin məxfiliyini nəzərə alaraq, mən digər təfərrüatlarını açıqlaya bilmərəm” – deyə Apitonyan bildirib.
O, qeyd edib ki, məsələ ölkənin Xarici İşlər Nazirliyinin diqqətindədir.
Xatırladaq ki, avqustun 20-i Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri bu yaxınlarda təmas xəttini keçən milliyətcə erməni olan şəxsə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, başçəkmə Beynəlxalq Qızıl Xaç Komitəsinin standart prosedurlarına uyğun həyata keçirilib: “Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərə baş çəkir ki, onlarla rəftarı, onların saxlanılması şəraitini monitorinq etsin və həmin şəxslərin ailə əlaqə yaratmalarına imkan yaratsın”.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Həmçinin oxuyun

Əli Kərimli izahatı alınaraq sərbəst buraxılıb

Xəbər verildiyi kimi, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri “Sərbəst toplaşmaq azadlığı haqqında” …