Bazar ertəsi , May 20 2019
Ana səhifə / Siyasət / Bakı-Sumqayıt qatarına “göz dəydi”

Bakı-Sumqayıt qatarına “göz dəydi”

Bakı-Sumqayıt qatarları gözlənilən qədər sürətli olmadı.

Əvvəlcədən qatarların iki şəhər arasında cəmi 40 dəqiqəyə hərəkət edəcəyi bəyan edilsə də, fəaliyyətə başladığı gündən indiyə qədər mənzil başına 50 dəqiqədən tez çata bilməyib.

Milli.az xəbər verir ki, bu gün isə Sumqayıt sərnişin stansiyasında qeyri-punktuallığın pik həddi yaşanıb.

Qatar Sumqayıt stansiyasından 9:00-da yola düşməli olsa da, nə az-nə çox düz yarım saat gecikib.

Saat 9:30-a qədər stansiyada sərnişinlər gözləsə də, qatar gözə dəyməyib.

Qatarın gecikməsi səbəbindən bilet almış sərnişinlər ödədikləri pulun geri qaytarılmasını tələb etsələr də, dəmir yolu stansiyası əməkdaşları bunun mümkün olmadığını bildiriblər və ödənilmiş pulları geri qaytarmayıblar.

Saat 9:30-da stansiyaya yaxınlaşan qatar, yalnız 10 dəqiqə sonra yerindən tərpənib.

Bu vaxt ərzində isə stansiyaya toplaşan sərnişinlər geri qayıdaraq avtobusla Bakıya yola düşüblər.

Xatırladaq ki, 18 sentyabr tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb və qurum Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılıb.

Həmçinin oxuyun

Zərdüşt Əlizadə: “Rusiyanın yeni ekspansiyalar üçün qüvvəsi qalmayıb”

Estoniyanın müdafiə naziri Rusiyanın qərb sərhədlərinə böyük hərbi qüvvələr cəmləşdirdiyi ilə bağlı açıqlama verib. Ölkəsinin  …

Bir cavab yazın