Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bakı-Şamaxı yolu tam açıldı – Video

Bakı-Şamaxı yolu tam açıldı – Video

Respublikanın avtomobil yollarında hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində Azəravtoyol ASC-nin tərəfindən kompleks tədbirlər davam etdirilir.
Azəravtoyol ASC-dən Axar.az-a verilən məlumata görə, bu çərçivədə Bakı şəhərindən ölkəmizin şimal və şimal-qərb hissəsinə giriş və çıxışı təmin edən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yollarının müxtəlif hissələrdə nəqliyyatın hərəkətini çətinləşdirən və süni tıxac yaranmasına səbəb olan yerlər Azəravtoyol ASC-nin mütəxəssisləri tərəfindən aşkar edilib və bu maneələr aradan qaldırılıb.
Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində, magistralın yaşayış məntəqələrindən keçən sahələrində vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atılıb, 17.6 min m2 piyada səkisi tikilib. Səkilərin kənarlarına 10.9 min p/m səki daşları quraşdırılıb.
Avtobusların ümumi hərəkətə mane olmadan dayanaraq sərnişinləri mindirib-düşürməsi üçün xüsusi “cib”li dayanacaqlar tikilib. Yağış sularının yolun hərəkət hissəsindən nizamlı axınını təmin etmək məqsədi ilə isə yolboyu lazım olan hissələrdə 490 p/m yağış-kanalizasiya xətti tikilib.
Bundan başqa hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə sözügedən hissədə ayırıcı zolaqda uzunluğu 9 000 metr olan dəmir-beton təhlükəsizlik sədləri qoyulub və xüsusi siqnal dirəkləri də quraşdırılıb.
Bununla da M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-22 km hissəsində hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın