Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Siyasət / Bakı sakinlərindən tibb işçiləri, polislər və xilasedicilərə dəstək nümayişi – Video

Bakı sakinlərindən tibb işçiləri, polislər və xilasedicilərə dəstək nümayişi – Video

Ötən gecə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəki yaşayış komplekslərinin birinin sakinləri xüsusi karantin rejminin tətbiq edildiyi bu günlərdə gecə-gündüz işləyən tibb işçiləri, polislər və xilasedicilərə dəstək olublar.

Dəstək üçün həmin şəhərcikdə yaşayan Həşim Qədirov votsapda ”evdə qal” adlı qrup yaradaraq bina sakinlərinə axşam hər kəsin eyvana çıxmasını və işıqları yandıraraq şüarlar səsləndirmələrini xahiş edib. Vəd edilən saatda hər kəs üçrəngli Azərbaycan bayraqları ilə eyvana çıxıb, əsl izdiham yaşadıblar. Aksiyasının təşkilatçısı olan Həşim Qədirovun sözlərinə görə, 8 binanın 1780 mənzilindən demək olar ki, hamısı eyvana çıxıb öz dəstəklərini göstəriblər.

Aksiyada iştrak edən sakinlərdən Şamil Şükürov deyir ki, dünyanı bürüyən koronavirusla mübarizədə fəal iştrak edən tibb işçiləri, polislər və xilasedicilərə dəstək olmalarını özlərinə mənəvi borc biliblər.

Bu işin təşkilatçısı Həşim Qədirov bildirib ki, növbəti günlərdə belə bir aksiyanı gərgin iş rejmində işləyən aptek və ərzaq mağazasının işçiləri üçün də keçirəcəklər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

Putinin İlham Əliyevlə telefon danışığı oldu

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı olub. Bu barədə Kremlin mətbuat …