Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Siyasət / Bakı müharibə hazırlığı içində – 10 min hərbçi, yüzlərlə zirehli texnika…

Bakı müharibə hazırlığı içində – 10 min hərbçi, yüzlərlə zirehli texnika…

Azərbaycan prezidenti, Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, mayın 18-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 4 günlük təlimlərə 10 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Keçirilən təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq. Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur. Müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunların praktiki fəaliyyətləri yoxlanılacaq.

*****

Ordumuz genişmiqyaslı təlimlərə başlayır – Yenicag.Az

Qeyd edək ki, az öncə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Azərbaycan prezidentinin hərbi məsələlər üzrə köməkçisi, general Məhərrəm Əliyev birgə qısa zaman kəsiyində iki dəfə cəbhə bölgəsində olub, silahlı qüvvələrimizdəki vəziyyətlə, o sırada ordumuzun maddi-texniki təchizatı, döyüş hazırlığı, hərbçilərimizin mənəvi-psixoloji durumu və döyüş ruhu ilə yaxından tanış olublar. Ordumuzun işğalçı qüvvələrə hər an layiqli cavab verməyə qadir olduğuna bir daha əminlik hasil edilib.

Ordumuz genişmiqyaslı təlimlərə başlayır | KONKRET

Budəfəki genişmiqyaslı təlimlər rəsmi İrəvanın Qarabağ danışıqlarını sabotaj elədiyi dövrə təsadüf eləməsi ilə ikiqat önəm kəsb edir. Gerçək belədir ki, Ermənistan sülh prosesindən faktiki olaraq çıxıb, dinc nizamlama prosesini irəli aparmaq üçün heç bir ümid, şans saxlamayıb. Bu da ərazisinin 20%-i illərdir işğal altında olan, dünyanın 52-ci güclü ordusuna sahib Azərbaycana istənilən vaxt hərbi gücə əl atmaq üçün əlavə əsaslar verir. Üstəgəl, hərbi analitiklərə görə, indi əməliyyatlar üçün ən əlverişli mövsüm başlayıb.

Qısası, Azərbaycanın beynəlxalq hüquqa, nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağa dair qərar və qətnamələrinə söykənərək öz ərazilərini güc yolu azad eləməyinə qarşı heç bir siyasi əngəl qalmır. Bu xüsusda Bakıdan İrəvana rəsmi səviyyədə də xəbərdarlıq mesajları verilməkdədir. 

*****

“Ermənistan öz aqressiv ritorikası ilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə zərbə vurur”. Bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EurActiv” portalına müsahibəsində deyib.

Danışıqlarda irəliləyiş üçün İrəvanın konstruktiv fəaliyyətinin olmamasından təəssüfləndiyini bildirən H.Hacıyev deyib ki, Ermənistan nizamlama prosesindən geri çəkilir. Prezidentin köməkçisi vurğulayıb ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasından başlayaraq mərhələli nizamlanmadır.

Ordumuz genişmiqyaslı təlimlərə başlayır

Onun fikrincə, Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər” bir daha göstərib ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim cinayətkar birləşmədən, Ermənistanın siyasi rəhbərliyinin mafioz klanının tərkib hissəsindən başqa bir şey deyil: “İşğal olunmuş Dağlıq Qarabağda gümüş mədənlərinin istismarı və qiymətli metalların qanunsuz ixracı artıq ənənəyə çevrilib. Bu sahədən qazanılan gəlir Ermənistanın siyasi rəhbərliyinin gizli fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə olunur”.

Prezident köməkçisi bir daha Bakının Qarabağla bağlı mövqeyinin qəti və dəyişməz olduğunu xatırladıb. “Bu mövqe prezident İlham Əliyev tərəfindən müəyyən olunub. Konflikt Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tapmalıdır. Danışıqlar qeyri-müəyyənliyədək davam edə bilməz. Azərbaycanın səbri sonsuz deyil. Ermənistanla 26 ildir aparılan danışıqlar elə Azərbaycanın güzəştidir”, – deyə o, düşmən tərəfə sərt ismarış göndərib və əlavə edib ki, Bakı BMT Nizamnaməsinin 51-ci bəndində göstərildiyi kimi, özünün beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin bərpası üçün bütün vasitələrdən istifadə edəcək, nəticələrə görə məsuliyyət isə bütünlüklə Ermənistanın üzərində qalacaq.

Ordumuzun pandemiyaya baxmayaraq, keçirməyə hazırlaşdığı növbəti irimiqyaslı təlimlər bu xüsusda düşmənə bəlkə də sonuncu xəbərdarlıqdır. Çünki günün birində genişmiqyaslı hərbi təlimlər real hərbi əməliyyatlara da çevrilə bilər…  Musavat.com

Həmçinin oxuyun

“Putin əslində Rusiya üçün balansı nəzərdə tutur”

“Rusiyan Prezidenti Vladimir Pitin dünən Qarabağla bağlı açıqlama verib. Sayca bu, onun ikinci açıqlamasıdır. Ümumiyyətlə, …