Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Bakı Metropoliteni Tarif Şurasına müraciət edib?

Bakı Metropoliteni Tarif Şurasına müraciət edib?

2015-ci ilin yekunlarına görə sərnişindaşımanın maya dəyəri 54 qəpik, 2016-cı ilin 6 ayı ərzində isə nisbətən azalaraq 52,4 qəpik təşkil edib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, cari ildə yeni tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin qiymətlərinin artması metropolitendə xərcləri artıracaq. Bu da öz növbəsində, bir sərnişinin daşınma xərcini artıra bilər. Bu açıqlamadan sonra metroda gediş haqqının artırılacağına dair geniş müzakirələr açılıb.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyini (İN) mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a açıqlama verib. O bildirib ki, gedişhaqlarını artırıb-azaldan Tarif Şurası (TŞ) kollegial orqandır:
“Qərarlar kollegial şəkildə müzakirə edildikdən sonra müvafiq olaraq qəbul olunur. Tarif Şurası qiymət tənzimlənməsində sosial-iqtisadi aspektləri əsas götürür.
O ki qaldı metroda gediş haqlarının dəyişdirilməsinə, bu gün məsələ, Tarif Şurasında müzakirə predmeti deyil”.
Qurum rəsmisi deyib ki, “Bakı Metropoliteni” QSC gediş haqlarının artırılması ilə bağlı Şuraya müraciət etməyib.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın