Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / Bakı marketlərində basabas başladı: hamı mal alır…

Bakı marketlərində basabas başladı: hamı mal alır…

Hazırda Bakının əksər marketlərində əsl ajiotaj hökm sürür.

Virtualaz.org saytının bu dəqiqələrdə supermarketlərdə olan reportyorları xəbər verir ki, manatın dollara nisbətən 50 faizədək ucuzlaşması xəbərindən sonra paytaxt sakinləri mağazalara üz tutub.

Əlindəki manatdan xilas olmaq istəyən əhali mağazalardan əsasən ərzaq məhsulları, məişət texnikası və gündəlik tələbat malları alır.

Bir çox mağazalarda piştaxtalar sözün əsl mənasında hücuma məruz qalıb.

Məsələn, “Bazarstore” supermarketində alış-veriş edənlərin sayı adi günlərlə müqayisədə xeyli artıb. Hətta müştərilər deyir ki, market önündə maşın saxlamağa yer tapa bilmirlər.

“Fikirləşdim birinci gündür, adam az olar, amma gəlib gördüm ki, maşın saxlamağa yer yoxdur. İndi nə qədər alış-veriş eləsək də nə xeyri var? Uzağı bir-iki həftə bəs edəcək də. Bəs sonra?” – deyə alıcı Sevil Məmmədova bildirib.

Digər alıcı Həsən Alıyev də qiymətlərin birdən-birə artmasından narahat olduqlarını deyir: “Birdən-birə 50 faiz bahalaşma olar? Bayram bazarlığını ayın sonuna saxlamışdıq. Məcbur olub bu gün alıram. Yoxsa ki, bayramda bazarlıq edə bilməyəcəm”.

Mağazalara yeni məhsulların gətirilməsi də dayandırlıb. Mal və məhsulların sabahdan – dekabrın 22-dən yeni qiymətlərlə satılacağı gözlənilir. Ehtimal olunan qiymət əhali arasında həyəcan yaradıb və supermarketlərdə görünməmiş sıxlıq müşahidə olunub.

Əhali daha çox qənd, şəkər, çay, yağ, kolbasa, sosiska, düyü, makaron, vermişel, konservlər və gündəlik tələbat malları alır.

Hökumət isə bəyan edib ki, devalvasiya baş versə də ərzaq mallarının qiymətində sıçrayışlı artım olmayacaq. Halbuki məsələn, siqaret artıq kəskin bahalaşıb. Dünən 2 manat 20 qəpiyə satılan “Kent 4” markalı siqaret bu gün səhər artıq 2 manat 50 qəpikdən satılıb…

 

Həmçinin oxuyun

Deportasiya Qurbanları Cəmiyyəti bəyanat qəbul edib

Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması məqsədilə qəbul etdiyi qətnamə həm beynəlxalq hüquqa hörmətsizlikdir, …

Bir cavab yazın