Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bakı küçələri niyə avtomatlı polislərlə doludur?

Bakı küçələri niyə avtomatlı polislərlə doludur?

“Paytaxt polisinin şəxsi heyəti hələlik adi rejimdə işləyir”.

Bunu virtualaz.org saytına açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini, general-mayor Səhlab Bağırov deyib.

General bunu Bakı polisinin gücləndirilmiş iş rejiminə keçməsi barədəki informasiyaya münasibət bildirərəkən bildirib.

“Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə Aşura günü və parlament seçkiləri keçirilən gün keçəcək” – deyə general əlavə edib.

*   *   *12:13

Bakı polisi və təhlükəsizlik qüvvələri iki gündür ki, gücləndirilmiş iş rejiminə keçirilib.

Virtualaz.org saytı müxbirlərinin müşahidəsinə görə, paytaxt küçələrində adəti üzrə patrul xidməti aparan Mühafizə Xidməti İdarəsi əməkdaşları gündəlik geyim formasını dəyişərək səhra geyim formasına keçiblər.

DİN Mühafizə Xidməti İdarəsi əməkdaşlarından biri virtualaz.org saytının reportyoru ilə söhbətində bildirib ki, onlar iki gün öncə gücləndirilmiş iş rejiminə keçiriliblər. Rəhbərlik bu qərarın səbəbi barədə onlara heç bir məlumat verməyib.

Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejiminə keçirilib. Onlar xidmətə artıq tabel silahı ilə çıxır.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın