Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / Bakı İrəvanın “BMT planı”na qarşı hansı gedişi edə bilər?

Bakı İrəvanın “BMT planı”na qarşı hansı gedişi edə bilər?

Ermənistanın Laçın yolunda keçirilən aksiyaya qarşı əsas həmləsi Qarabağda “humanitar fəlakət” iddiası ilə BMT-ni prosesə cəlb etmək cəhdidir. Məsələnin beynəlxalq müstəvidə müzakirəsi praktiki nəticə verməsə belə siyasi təzyiq dalğasının genişlənməsi baxımından risklər yaradır.
İstisna deyil ki, Ermənistan Qərbdəki dəstəkçiləri ilə birlikdə cəhdləri davam edəcək və Paşinyanın “Qarabağa beynəlxalq sülhməramlılar göndərilsin” təklifindən daha çox BMT-nin “faktaraşdırıcı missiyası”nın cəlb edilməsi istəyi daha aktual ola bilər: “beynəlxalq sülhməramlılar”ın gəlişinə nə Azərbaycan, nə də Rusiya icazə verməyəcək, lakin “humanitar fəlakət” kampaniyası ilə “faktaraşdırıcı missiyası”nın gətirilməsi istəklərini daha çox gücləndirə, buna nail ola bilməsələr belə, təzyiq dalğasını genişləndirmək imkanı qazana bilərlər.
Beynəlxalq səviyyədəki müzakirələrə qarşı Bakının hansı gedişlər etməsi əhəmiyyətlidir?

Azərbaycan Laçın yoluna BMT “faktaraşdırıcı missiyasını” özü dəvət edə bilər.
Birincisi: missiyanın göndərilməsi BMT TŞ-nin bütün üzvlərinin razılığı ilə mümkündür və Rusiyanın buna veto qoyacağı məlumdur, lakin bunu Bakının istəməsi Ermənistanın manevr imkanını azalda bilər;
İkincisi: Bakının bu təklifi yolun bağlanmadığı, humanitar keçid üçün bütün şəraitin yaradıldığı arqumentini gücləndirə, ermənilərin “humanitar fəlakət” iddialarının önünə keçə bilər;
Asif Nərimanlı

Həmçinin oxuyun

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlib

ABŞ Dövlət katibinin enerji resursları bürosunun köməkçisinin müavini Laura Lokman hökumət rəsmiləri ilə görüşlər keçirmək …