Çərşənbə , May 25 2022
Ana səhifə / Siyasət / Bakı geri çəkiləcəkmi? – Açıqlama

Bakı geri çəkiləcəkmi? – Açıqlama

“Əvvəlcə ABŞ və Fransa, ardınca Rusiya Azərbaycan Ordusunun “əvvəlki mövqelərinə” geri qayıtmağı ilə bağlı çağırışı etdi: Vaşinqton və Parisin çağırışlarının praktikada təsiri olmadığı bəllidir, lakin sülhməramlıları bölgədə yerləşən Moskvanın çağırışı narahatlığa əsas yaradır, çünki bundan öncə məhz rusların müdaxiləsi ilə bir çox addımların qarşısı alınıb”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.
Ekspert “Yenə eyni hal yaşana bilərmi?” sualına belə cavab verib:

“Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında bu suala cavab tapmaq mümkündür.
Birincisi, Azərbaycan Ordusu öz suveren ərazimizdə hərəkət edib və dislokasiya edildiyi mövqelərdən geri çəkilməyəcək;
İkincisi, bölgədə gərginliyin səbəbi 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilməməsi – erməni silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılmamasıdır: bu, həyata keçirilmədiyi müddətdə belə hallar davam edə bilər;

Mümkündür ki, Rusiya tərəfinin “israrlı” açıqlamaları yenə davam edəcək, lakin bunun praktikada dəyişikliyə səbəb olacağı ehtimalı azdır. Azərbaycanın bu dəfə geri çəkilməsi Qarabağda gələcək planlarda risklər yarada bilər, Bakıda bunu anlayırlar. Bakıda onu da anlayırlar ki, mövcud vəziyyətdə bölgədə yeni gərginlik Moskvaya da sərfəli deyil, əksinə, üçtərəfli razılaşmalarda irəliləyiş olmalıdır, xüsusilə sərhəd və kommunikasiya məsələsinin önünü bağlayan 4-cü maddənin icra edilməsi istiqamətində. Və bunun üçün şərtlər yetişdirilməlidir”.

Həmçinin oxuyun

Ədalət Vəliyev Ağasif Şakiroğlu ilə görüşdü

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev …