Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Siyasət / Bakı dünyanın ən yaxşı turizm istiqamətləri arasında “TOP-5”ə daxil olub

Bakı dünyanın ən yaxşı turizm istiqamətləri arasında “TOP-5”ə daxil olub

Bakı şəhəri 2017-ci ildə turistlər üçün ən yaxşı 10 istiqamət sırasına daxil edilib.

Turistlər üçün nəzərdə tutulan “Trip Advisor” tətbiqinin versiyasına görə, Bakı 2017-ci ildə səyahət üçün ən yaxşı istiqamətlər siyahısında 5-ci sırada qərarlaşıb.

Siyahıda Bakını qabaqlayan istiqamətlər bunlar olub: San Xose del Kabo (Meksika), Uistler (Kanada), Jerikoakoara (Braziliya), Kihei (Havay adaları).

İlk onluğa həmçinin Gürcüstan paytaxtı Tbilisi də daxil edilib.

Qeyd edək ki, turistlər üçün ən yaxşı səyahət istiqamətləri səyahət edənlərin müsbət rəyləri, göstərilən məkanda görməli və əyləncə yerlərinin sayı, xidmətin keyfiyyəti kimi kriteriyalar əsasında müəyyənləşdirilir.

Həmçinin oxuyun

Paşinyan yenidən Azərbaycanla danışıqlardan imtina etdi

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli üçün yol yoxdur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan …

Bir cavab yazın