Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / “Bakı 2015″in Azarkeşlər Evi açılır

“Bakı 2015″in Azarkeşlər Evi açılır

Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov “Bakı-2015” Azarkeşlər Evinin ekspozisiyası ilə tanış olub.

ANS PRESS-in məlumatına görə, Azarkeşlər Evi şəhərin mərkəzi hissəsində, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin binasında yerləşir. Ziyarətçilər Evdə Rusiya yığmasına həsr edilmiş unikal interaktiv ekspozisiyanı görə bilərlər. Bununla yanaşı, ekspozisiyadan Azərbaycanın idmançıları haqqında da məlumatlar əldə etmək mümkündür.

Ziyarətçilərə Evdə Rusiyanın tanınmış idmançılarının əşyalarına yaxından baxmaq imkanı yaradılıb. Bundan başqa, 3D-eynəyin köməyi ilə azarkeşlər idman yollarını atletlərin gözləriylə görə biləcəklər.

Bu gün günorta saatlarında Azarkeşlər Evinin təntənəli açılış mərasimi olacaq. Mərasimdə A.Jukovla birlikdə Rusiya Federasiyası prezidentinin köməkçisi İqor Levitin, Rusiya idman naziri Vitali Mutko, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çinqiz Hüseynzadə və digər qonaqlar iştirak edəcəklər.

 

Həmçinin oxuyun

Novella Cəfəroğlu: “İki adam tutulanda az qalırdı, başımıza bomba yağdırsınlar, indi isə…”

Dünyanın neoimperialist siyasət yürüdən güclərinin beynəlxalq hüququ istəyəndə ayaqları altına aldığını, özlərinə lazım gələndə başlarına …

Bir cavab yazın