Ana səhifə / Siyasət / “Bakı-2015” Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb

“Bakı-2015” Avropa Oyunları üçün telekommunikasiya infrastrukturu yaradılıb

Bakı-2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərin hamısı optik lifli rabitə xətlərinə qoşulacaqlar. Bu barədə Trend-ə “Bakı Telefon Rabitə” İstehsalat Birliyindən bildirilib.
Qeyd olunub ki, İstehsalat Birliyi tərəfindən 200 kilometr uzunluğunda optik magistral salınıb və şəbəkə avadanlıqları quraşdırılıb.
Məlumatların fasiləsiz axınını təmin etmək üçün hər biri 1 giqabit buraxılış gücünə malik iki xətdən (əsas və alternativ) istifadə olunub.
Bundan əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilmişdi ki, Avropa Oyunları zamanı obyektlərdə davamlı rabitənin təmin olunması üçün dövlət rabitə operatorlarının və digər dövlət qurumlarının mövcud kabel infrastrukturundan istifadə olunacaq.
Şəbəkələrin yaradılması üçün Məlumat Hesablama Mərkəzinin proqram-aparat kompleksləri, AzDATACOM və digər strukturların şəbəkəsindən faydalanmaq planlaşdırılır.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın