Ana səhifə / Siyasət / Bahar Muradova: “Bizi qarşıda gözləyən bəzi risklər barədə məlumatlandırıblar”

Bahar Muradova: “Bizi qarşıda gözləyən bəzi risklər barədə məlumatlandırıblar”

Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfinin Milli Məclis komitələrinin birgə iclasında müzakirəsi davam etdirilir. 
İclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Ombudsman Elmira Süleymanova və digər hökumət nümayəndələri iştirak edir.
Milli Məclisin sədr müavini, və İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, bugünkü müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman, Reqional məsələlər və İnsan hüquqları komitələri iştirak edir. Vitse-spiker 2017-ci ilin büdcə layihəsindən bəhs edərkən dedi ki, müvafiq qurumlar öz işlərinin öhdəsindən layiqincə gəliblər, mövcud durumu doğru-düzgün dəyərləndiriblər: “Ən vacibi odur ki, bizi qarşıda gözləyən bəzi risklər barədə məlumatlandırıblar və proqnozlar veriblər. Bu mənada biz havadan götürülmüş iddiaları, istək və arzuları səsləndirən bir qrup insanın fikirlərini səsləndirməkdən uzaq olmalıyıq və reallığı nəzərə almalıyıq”.
Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.vv

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın