Ana səhifə / Siyasət / Bahar Muradova: “Alıxanlıda qanlı hadisə törətməklə Ermənistan istədiyini əldə edə bilmədi”

Bahar Muradova: “Alıxanlıda qanlı hadisə törətməklə Ermənistan istədiyini əldə edə bilmədi”

“Alıxanlıda qanlı hadisə törətməklə Ermənistan istədiyini əldə edə bilmədi”.

“Report” xəbər verir ki, bunu deputatlardan ibarət nümayəndə heyəti ilə Füzuliyə səfər edən Milli Məclis sədrinin müavini, Füzuli rayonunun deputatı Bahar Muradova jurnalislərə açıqlamasında deyib.

O bildirib ki, təmas xəttində yaşayan insalarla artıq neçə ildir bir yerdəyik: “Onlar seçici mən isə millət vəkili kimi onlarla bir yerdəyəm. Mən onların dəyanətinə, cəsarətinə, fədakarlığına və qəhrəmanlığına bələdəm. Bu illər ərzində onlar bu ərazini dağıntılardan, toz-torpaqdan təmizləyib abad, gözəl bir güşəyə çeviriblər və bu proses davam etməkdədir. Yenidən bərpa edilmiş doğma yurdu qorumaq bu insanların üzərində olan vəzifədir. Bu illər ərzində onların buradan bir addım da geri çəkilməyəcəyinə əmin olmuşam”.

Millət vəkilinin sözlərinə görə, rayonunun Alıxanlı kəndində törədilmiş qanlı hadisə baş verəndə də, rayon camaatının mövqeyini bir daha bütün dünya ictimaiyyəti gördü: “Ermənistan hərbi siyasi rəhbərliyinin məqsədi ondan ibarət idi ki, cəbhə xəttində yaşayan əhalinin gözünü qorxutsun və onları bu ərazidən çəkilməyə vadar eləsin. Nəzərə alsaq ki, bu ayın əvvəlindən Cocuq Mərcanlıya qayıdış başlayıb, törədilən provakasiyanın məqsədi də, insanları qorxutmaqdır. Ermənistan istədiyini əldə etmədi, mülki vətəndaşların həyatına son qoymaqla azyaşlı uşağı, yaşlı qadını öldürməklə Beynəlxalq Hüququ Beynəlxalq Konvensiyaları, müharibə qaydalarını pozduğunu bir daha ortaya qoydu. Buna baxmayaraq güddüyü hədəflərə nail ola bimədi, əksinə dünya ictimaiyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin təcavüzkar siyasətini bir daha gördü. Bu hadisədən Ermənistan uduşla çıxmaq istəyirdisə, növbəti dəfə onların mövqeyinin zəifləməsinə, onları danışıqlar masasına dünya ictimaiyyətinin təzyiq və qınağı ilə qayıtmasına vadar oldu”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın