Ana səhifə / Siyasət / Bağında meyit tapılan eks-deputatın səhhəti pisləşdi

Bağında meyit tapılan eks-deputatın səhhəti pisləşdi

Bağ evində meyit aşkarlanan Milli Məclisin sabiq deputatı Ərəstun Cavadovun səhhəti qəfil pisləşib.

“Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, Ərəstun Cavadov rayonda olarkən, ona məxsus olan Badamdar qəsəbəsi İ.Ağayev küçəsi ev 3, mənzil 73-də yaşayan, 1960-ci il təvəllüdlü Sədi Süleyman oğlu Qəhrəmanovun meyiti aşkar edilib. Onun cəsədi bağban kimi işlədiyi Səbail rayonu Badamdar qəsəbəsi 2-ci yaşayış massivində yerləşən bağdan tapılıb. İlkin ekspertiza zamanı məlum olub ki, eks-deputatın işçisi olmuş Sədi Qəhrəmanov ürək çatışmamazlığından vəfat edib.

Bağbanın vəfat etdiyi xəbərini alan keçmiş millət vəkili Ərəstun Cavadovun səhhəti qəfil pisləşib. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib.
Səhhəti ilə əlaqədar Ərəstun Cavadov işə də çıxmayıb.

Qeyd edək ki, Ərəstun Cavadov həm də Mərkəzi Univermağın (MUM) sahibidir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın