Çərşənbə axşamı , Noyabr 19 2019
Ana səhifə / Siyasət / Babayan Qarabağda kimin maraqlarını müdafiə edir?

Babayan Qarabağda kimin maraqlarını müdafiə edir?

Samvel Babayan Qarabağda imza toplanılmasına başlayıb. 

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda qanunsuz hərbi birləşmənin sabiq komandiri Samvel Babayan Qarabağda imza toplanılmasına başlayıb. 

Məlumata görə, Babayanın qondarma qurumun “yuxarı elitası” ilə münasibətləri əvvəldən gərgin idi, son zamanlar isə gərginlik daha da yüksəlib. O, bu müddət ərzində Arayik Harutyunyan və Vitali Balasanyanla ictimai şəkildə “müharibəyə” başlayıb. Bir sözlə Qarabağda belə qərara alınıb ki, Babayanın fəaliyyət göstərməsinə hər hansı boşluq buraxmasınlar. 

Babayanın Ermənistanın namizədi olması da istisna edilir. O, həmçinin Köçəryan və Serj Sarkisyanın razılığı ilə birgə namizəd olması imkanından da məhrumdur. Babayan bu iki şəxs arasında qarşıdurmalardan biridir. Lakin Babayan son 20 ildə bu iki siyasi xadim arasındakı qarşıdurmadan daim fayadalanıb. 

Daha çox Köçəryanın komandasında özünə mövqe tutaraq siyasəti biznesə çevirib. Bundan başqa, son bir neçə müsahibəsində Babayan “1 Mart” işi üzrə gözlənilmədən Köçəryanın mövqeyindən çıxış edərək, əqrəblərini Sarkisyana tərəf istiqamətləndirib. 

Qarabağ məsələsində rus mandatının təsdiqlənməsi barədə Babayanın son bəyanatı, onun müstəqil oyunçu olmadığını düşünməyə vadar edir. Onun bu kompaniyada rus maraqlarını qoruyan alət kimi də istifadə edildiyini düşünmək olar. 

Həmçinin oxuyun

Bəxtiyar Hacıyev “erməni dəyirmanının suyunu necə qurutdu”?..

Anlaşılan, alışdığı-öyrəşdiyi tək qapıya oynamağı seçdi Belə də naşılıq olmaz ki? Mən şəxsən düşünürdüm ki, …