Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / Baba Vəziroğlu Kəmaləddin Heydərovun müdafiəsinə qalxdı: “Onun fitri istedadı var”

Baba Vəziroğlu Kəmaləddin Heydərovun müdafiəsinə qalxdı: “Onun fitri istedadı var”

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov barədə, xüsusən də yaradıcılığı ilə bağlı məsələlər günü-gündən böyüyür. Bəzi mətbu orqanlarda yer alan məlumatlarda nazirin mahnılarının başqa adam tərəfindən bəstələndiyi iddia edilir.

Məsələ ilə bağlı AzNews.az–a açıqlama verən nəğməkar şair Baba Vəziroğlu Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edən Kəmaləddin Heydərovun mahnıları ilə bağlı yayılan məlumatları cəfəngiyat adlandırıb: “O yazıları mən də görürəm. Onu deyənlərin bir cavabı var: “İt hürər, karvan keçər”. İtin peşəsi hürməkdir. Görmüsünüz ki, hansısa karvan başını qaldırıb itin hürməyinə baxsın? Biz hər yoldan keçən avara adamlara cavab verə bilmərik. Onda biz həmin adamları dəyərə mindirmiş oluruq. Biz öz işimizə və yaradıcılığımıza davam edirik. Gələcəyə doğru gedirik. Əgər o deyilənlərə fikir versək, gələcəyə doğru gedə bilmərik”.

Kamalın bir neçə mahnılarının ifaçısı, Xalq artisti Yalçın Rzazadə də hesab edir ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Mən bunu bir sənətkar kimi deyirəm. Kim olur olsun, lap istəyir iki gözüm olsun, əgər mahnı pisdirsə mən onu heç vaxt oxumaram. Neçə ilin sənətkarıyam. Musiqi mənə təsir etməzə onu heç vaxt oxumaram. Kamalın çox gözəl mahnıları var. Onu yaxından tanıyıram, böyük istedadı var, musiqi duyumu olan bəstəkardır. Yazdığı bütün mahnılar yüksək səviyyədədir. Onun mahnıların oxumuşam və oxuyacam da. Çünki onun bütün mahnıları ürəyə təsir edəndir. Elə mahnılar var ki, bəzi yerlərində qaranlıq məqamlar olub, onu mütləq bəstəkarla müzakirə etmişik. Ələkbər Tağıyev ömrü boyu mahnı yazıb. Sovet vaxtı deyirdilər ki, musiqi təhsili olmayan mahnı yaza bilməz. Mən bunun əleyhinə olmuşam. Fitri istedadı varsa, niyə də mahnı yazmasın? Paxıllar, istedadı olmayanlar özlərini öldürürlər ki, “mən konservatoriyanı bitirmişəm”. Çox gözəl, amma ortada bir şey göstər. Mənə bəstəkarlar tərəfindən 87 mahnı təqdim olunub. Onların arasında bir Kamal müəllimin, Eldar Mansurov və İqbal Ağayevin mahnısını saxladım. Qalanlarının hamısını atdım. Mən həmişə Kamal müəllimi pianino arxasında görmüşəm, müğənni kimi səsi olmasa da, özünə məxsus tempi var. Əsas odur ki, onun mahnıları yaşadır və həyata səsləyir”.

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …

Bir cavab yazın