Çərşənbə , Aprel 21 2021
Ana səhifə / Siyasət / “Bəzi YAP üzvləri də həbsdədir, indi onlar siyasi məhbusdur?”

“Bəzi YAP üzvləri də həbsdədir, indi onlar siyasi məhbusdur?”

“Siyasi məhbus ifadəsini kim icad edib və ümumiyyətlə, Azərbaycanda hansısa partiyanın üzvü olduğundan kimisə həbs ediblər? Avropa təşkilatları bu məsələni özlərindən uydurublar. Niyə Ermənistanda həbs olunanlara belə reaksiya yoxdur, niyə susurlar, onların həbs olunanlarına siyasi məhbus adı nə üçün qoymurlar? Mən siyasi məhbus terminin qəbul etmirəm”.

Bunu Milli Məclisin üzvü, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi Rayon Təşkilatının sədri Məlahət İbrahimqızı Azadlıq Radiosuna müsahibəsində deyib.

Məlahət İbrahimqızı deyir ki, Azərbaycanda həbs olunanlar siyasi fəaliyyətlərinə görə cəzalandırılmayıb:

“Onlar qanunları pozduqları üçün cəza alıblar. Azərbaycanda heç vaxt kimisə siyasi baxışlarına görə həbs etməyiblər. Ona qalsa Yeni Azərbaycan Partiyasının üzvləri də həbs olunub”

Xanım deputat daha sonra da deyib:

“Cənab Prezident deyib ki, hər hansı partiya üzvünün xidməti onun vəzifədə etdiklərinə bəraət vermir. Nə olsun ki, hakim partiyanın üzvüdür. YAP üzvü hamıya nümunə olmalıdır. Çünki iqtidar partiyası müxalifət partiyasından daha çox məsuliyyət daşıyır. Hakim partiyanın ilk illərindən üzvü olmuş adamlar var ki, həbsdədirlər, onda onlar da siyasi məhbus olduqları üçün müraciət yaysınlar? Əksinə, son illər aparılan siyasi islahatlar, iqtidar-müxalifət dialoqu da tamam başqa mənzərə yaradıb”.

Həmçinin oxuyun

“Rövşən Bağırov rayona icra başçısı təyin ediləndən sonra Lerikin sosial problemləri azalmayıb”

Lerik rayonunun Bürsülüm kənd inzibati vahidliyinə 8 kənd daxildir. Bunlar Ancəqov, Bobla, Bürsülüm, Ləkər, Nosovyədi, …