Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Siyasət / “Bəzi sərgərdan insanlar yalan informasiya verir”

“Bəzi sərgərdan insanlar yalan informasiya verir”

“Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev Belçikaya rəsmi səfər edib və Belçika Kralı, Avropanın ayrı-ayrı strukturlarının rəhbərləri ilə çox mühüm görüşlər keçirib. Lakin Avropada olan bəzi sərgərdan insanlar bu səfərə kölgə salmağa və ya səfərin mahiyyəti ilə bağlı yalan informasiya verməyə çalışırlar. Bunlardan biri də Leyla Yunusdur”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, Leyla Yunusun bu cür hərəkət etməsinin səbəbi məlumdur: “Milliyyətcə erməni olan bir adamdan bundan artıq nə gözləmək olar?! Cənab Prezidentin Brüsseldə Belçika Kralı, Avropa strukturlarının rəhbərləri ilə keçirdiyi görüşlər, apardığı danışıqlar, Belçika tərəfindən Azərbaycanın ərazi bütövlüyünün bir daha dəstəklənməsi, təbii ki, bunları narahat edir, o cümlədən erməni lobbisini. Avropa çalışır ki, Azərbaycanla münasibətləri möhkəmləndirsin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk və digərləri istər çıxışlarında, istərsə də görüşlərində Azərbaycanla əlaqələrlə bağlı öz fikirlərini bildirdilər”.

Millət vəkili qeyd edib ki, L.Yunus Avropa üçün lazımsız bir adamdır: “Avropa İttifaqı da başa düşür ki, Leyla Yunus yararlı deyil. Hətta onları saxlamaq baha başa gəlir. Bu baxımdan ayrı-ayrı ölkələr hesabına bunlara yardım göstərirlər ki, orada yaşasınlar. Leyla Yunus iddia edir ki, Avropada filankəslə görüşdüm, bəhmənkəslə görüşdüm. Axı sən hansı səlahiyyətə maliksən, kimsən ki, səninlə görüşsünlər?!”

S.Novruzov bildirib ki, L.Yunus Azərbaycandakı keçmiş əməlləri ilə məşğul olmağa çalışır: “Əli Kərimli ilə əlbir olub insanlara saxta sənəd düzəldirdilər ki, guya kimlərsə siyasi baxışlarına görə saxlanılıb. Halbuki toyuq, ev oğurluğu və başqa cinayət əməllərinə görə həbs olunmuş adamların valideynlərindən pul alaraq onlara saxta sənəd düzəldirdilər. Elə bu yaxınlarda Xədicə İsmayıl da onları ifşa etdi. Özləri bir-birilərini ifşa edirlər. Leyla Yunusun indiyə qədər böhtan, yalan, şantaj, erməni xisləti, erməni mövqeyi – hamısı ortaya çıxıb. İctimaiyyətimiz Leyla Yunus kimilərinin yalanlarına inanmır. Görüşdə olmayan bir adam görüş barədə məlumat yayıb. Sən orada iştirak etməmisən, mətbuat xidməti məlumat yaymayıb, sən haradan bilirsən ki, orada nə danışılıb?! Ona görə də Leyla Yunusun dedikləri hamısı yalandır, böhtandır. Ən əsası odur ki, biz cənab Prezidentin Avropanın bütün strukturlarının rəhbərləri ilə görüş keçirdiyinin, Azərbaycanın mövqeyini ortaya qoyduğunun və gələcək əməkdaşlıqla bağlı müxtəlif addımlar atıldığının şahidi olduq”.

Həmçinin oxuyun

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Akademik Ramiz Mehdiyevin “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabı çapdan çıxıb. …

Bir cavab yazın