Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Bəzi bank rəhbərlərini də həbslər gözləyir – Deputatdan ciddi anons

Bəzi bank rəhbərlərini də həbslər gözləyir – Deputatdan ciddi anons

“Çox təəssüflər olsun ki, bəzi bank rəhbərləri yalnız özlərini, ətraflarını, qohum-qardaşlarını düşünürlər. Amma Azərbaycanın dövlət müstəqilliyi uğurunda mübarizə aparmağı o qədər də düşünmürlər. Həmin bankların rəhbərləri müəyyən qədər səhvlərə yol veriblər. Ona görə də cəzalarını çəkməlidirlər”.

Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Maliyyə fırıldaqçılığında ittiham edilən oliqarxların kütləvi həbsindən söz açan deputat qeyd edib ki, bundan sonra da həbslər davam edəcək: “Banklarla bağlı məsələ həmişə Milli Məclisin nəzərində olub. Faiz dərəcələrinin yüksək olması, bankların verdikləri kreditlərin əlçatmazlığı ilə bağlı parlamentdə xeyli məsələlər qaldırmışıq. Çox təəssüflər olsun ki, bəzi adamlar banklardan istənilən məbləğdə kreditlər götürüblər. Həmin kreditlər təyinatları üzrə istifadə edilməyib, vəsaitlər lazımsız yerlərə istifadə olunub. Onlar kreditləri vaxtında qaytarmayıblar. Bütün bunlar çox ciddi məsələlərdir. Azərbaycanın istintaq orqanları hazırda belə halları araşdırır”.

V.Əhmədov hesab edir ki, kimliyindən aslı olmayaraq, belə əməllərə yol vermiş bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar.

“Onlar qanun qarşısında cavab verməlidirlər. Dünyada qlobal maliyyə böhranın yaşandığı, neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda həmin adamların nəyi düşünərək belə addımlar atmaları, başa düşülən deyil. Azərbaycanın dövlət başısı bu məsələyə tamamilə düzgün yanaşacaq və günahkarların hamısı öz cəzalarını alacaqlar.

Həbslər dalğası hələ də davam edəcək. Həbslərin əhatə dairəsi genişlənəcək. Çünki burada külli miqdarda vəsaitin mənimsənilməsindən, dövlətə olan borcalardan və devalvasiya prosesindən sui-istifadə hallarından söhbət gedir. Həmçinin Bayraq Meydanı ətrafında gedən prosseslər, tikinti ilə əlaqədar evləri sökülən insanlardan alınan külli miqdarda vəsaitin mənimsənilməsi dövlətin diqqətindən yayınmır. Hüquq mühafizə orqanları bu işləri çox yüksək səviyyədə aparacaqlar”.

Millət vəkili həmçinin qeyd edib ki, bəzi bank rəhbərlərini də həbslər gözləyir: “Bank sahəsində gedən prosseslər son vaxtlar məni heç qanə etmirdi. Bu sahədə çox ciddi qanun pozuntuları hiss olunurdu. Biz buna mütəmati olaraq toxunurduq. Amma indi həmin qanunsuzluq halları yavaş-yavaş aşkarlanır. Dövlətin, xalqın etibar ilə bank rəhbəri vəzifəsinə təyin edilən bütün şəxslər qanun çərçivəsində hərəkət etməlidirlər. Onlar verilən kerditlərin vaxtında geri qaytarılmasına, normal faiz dərəclərinin tətbiqinə çalışmalıdırlar. Ancaq kimliyindən aslı olmayaraq, Azərbaycanda qanunu kobud formada pozan və küllü miqdarda dövlət vəsaitinin mənimsənilməsinə şərait yaradan bütün şəxslər məsuliyyətə cəlb olunmalıdırlar”.

Qeyd edək ki, son günlər Azərbaycanda maliyyə fırıldaqçılığında ittiham edilən bir neçə iş adamı həbs edilib. Həbs edilənlər sırasında “PNN Group” şirkətinin rəhbəri Nizami Piriyev, Globus Plaza”nın sahibi Dünyamin Xəlilov, Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov, “Avesta” şirkətinin rəhbəri Hacı İbrahim Nehrəmli və digər iş adamlarının adı hallanır.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın