Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Siyasət / “Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib” – Paşinyan

“Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib” – Paşinyan

Mehridən keçən kommunikasiyanın (Zəngəzur dəhlizi – red.) necə açılmasını yalnız Ermənistan həll edə bilər.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan onlayn formatda sualları cavablandırarkən deyib.

O bildirib ki, 10 noyabr bəyanatında “suveren dəhliz” formulu yoxdur:

“Bəyanatın mətnində “dəhliz” sözü yalnız Laçınla bağlı işlədilib, hansı ki, rus sülhməramlılarının nəzarətindədir”.

Kommunikasiyaların açılmasına gəlincə, Paşinyan deyib ki, 11 yanvar bəyanatına uyğun olaraq yaradılan işçi qrupu ölkələrin ərazi suverenliyi çərçivəsində, paritet əsaslarla istifadəsi ilə bağlı ümumi müzakirə aparır:

“Başqa cür suverenlikdən necə danışmaq olar? Azərbaycan müəyyən edəcək ki, bizim ərazimizdən necə gəlib-keçəcək? Belə olmayacaq. Əgər biz hər şeyi güzəştə getmək və verməyə hazır olsaydıq, onda niyə bizə atəş açırdılar və hər tərəfdən bizə niyə aqressiya göstərirdilər ki?”./Axar.az

Həmçinin oxuyun

İşdən çıxarılan nazir müavini: “Prezidentimizin quluyam…”

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə …