Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmadı

Bəxtiyar Hacıyev ölkədən xaricə buraxılmadı

Tanınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev bu gecə ölkə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona, ölkədən çıxmasının yasaq olduğu bildirilib.
Bu barədə Bəxtiyar Hacıyev sosial şəbəkədəki səhifəsində yazıb. B.Hacıyevin statusunu təqdim edirik: “Ölkədən çıxışıma qadağa olduğunu deyib buraxmırlar məni hava limanından. ATƏT-in HDIM illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir. Gözləyirəm hələ görək, axırı nə olur?”.
Daha sonra B.Hacıyev məsələnin mabədi haqda məlumat verərək yazıb ki, onu ölkədən buraxmayıblar və bu barədə heç bir məlumat verməyiblər: “Nəyə nail olmaq istəyirlər, nə etmək istəyirlər? Səhər açılsın görək…”

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın