Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır

Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır

Məlum olduğu kimi bir neçə gündür ki, Bərdə rayonunda davamlı olaraq məcburi köçkünlərin etiraz aksiyası keçirilir.
Aksiyanın keçirilməsinə səbəb məcburi köçkünlərə evlərin verilməsində baş verən qanunsuzluqların olmasıdır.
Belə ki, icra başçısı Vidadi İsayevlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elman İsmayılovun məcburi köçkünlərə dövlət tərəfindən verilən evləri pul qarşılığında verməsi əhalini ayağa qaldırıb.
Hətta məlumatda qeyd olunur ki, kim Vidadi İsayevə pul veribsə ona yaxşı ev verilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi Elman İsmayılov Vidadi İsayevin maraqlarına xidmət edərək, məcburi köçkünlərin arzu və istəklərini reallaşdıra bilməyib.
Nəticədə məcburi köçkünlər davamlı olaraq aksiya keçirmək qərarına gəliblər.
Xalqxeber.Az-a daxil olan məlumata görə, icra başçısı Vidadi İsayev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi Elman İsmayılov məcburi köçkünlərin hazırki yaşadıqları mənzillərdən köçmədiklərini görüb, başqa bir varianta əl atıblar. Belə ki, hazırda məcburi köçkünlərin məskunlaşdığı binanı sökdürməyə qərar veriblər, guya ki bu binanın yerində başqa bir bina tikiləcək.
Lakin məcburi köçkünlər Vidadi İsayevin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi Elman İsmayılovun bu boş-boş vədlərinə inanmadıqlarını dilə gətirərək bu gün də aksiya keçirmək qərarına gəliblər.
İcra başçısının göstərişi ilə məcburi köçkünlərin hazırki yaşadığı binada söküntü işlərinə başlanılıb. Bir sözlə desək insanları yaşadığı mənzildən məcburi qaydada çölə atırlar.
Məcburi köçkünlərdə icra başçısının bu addımını qətiyyətlə pisləyərək, işçi qüvvəsini ərazidən uzaqlaşdırmağa çalışıblar lakin polisin dəstəyi ilə binanın söküntüsü dam edir.
Hadisə yerindən çəkdiyimiz şəkilləri sizlərə təqdim edirik.
Xüsusilə qeyd edək ki, əraziyə gələn icra hakimiyyətinin işçiləri məcburi köçkün Sahilov Hümbətə zor tətbiq edərək onu evdən çölə atmağa çalışıblar. Məcburi köçkünün halı pisləşdiyindən təcili olaraq xəstəxanaya yerləşdirilib.
Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır
Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır
Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır
Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır
Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır
Bərdə rayonunda məcburi köçkünlər zorla evlərindən çölə atılır

 

Həmçinin oxuyun

Elman Nəsirov-Əli Əliyev debatı: Övladın müharibəyə niyə getməyib? — VİDEO

Bu gün Müsavat TV-nin canlı yayımında debata çıxan millət vəkili Elman Nəsirovla VİP sədri Əli …

Bir cavab yazın