Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Bəlkə, Allah sizi cəzalandırdı…” sualına görə tənqid olundu – Açıqlama yaydı

“Bəlkə, Allah sizi cəzalandırdı…” sualına görə tənqid olundu – Açıqlama yaydı

Dünəndən sosial şəbəkələrdə Azərbaycan Premyer Liqasında baş tutan “Sumqayıt”-“Zirə” oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Samir Abbasova ünvanlanan “Bəhlul Mustafazadə Allahın varlığına inanmır. Sizin buna münasibətiniz necədir?” sualı müzakirə olunur.

“Qafqazinfo” xəbər verir ki, sözügedən sual sosial mediada tənqid atəşinə tutulub.

Daha sonra sualı ünvanlayan jurnalist Anar Xanlarov açıqlama yayıb. O, “Facebook”da status yazaraq özünü müdafiə edib:

“Adi bir mətbuat konfransında verdiyim bir sualın bu qədər gündəm yaradacağı ağlımın ucundan belə keçməzdi. Belə gündəm yarada bilmişəmsə, deməli, 10 illik jurnalist fəaliyyətim hədər getməyib. Buna fərqli reaksiyalar oldu. Özünə ateist deyib bəzi artıq-əksik yazan gədələr cavablarını artıqlaması ilə aldılar. Onsuz hamısı klaviatura qəhrəmanlarıdır, üz-üzə gəlməyə cəsarətləri də yoxdu. Təəssüf ki, məsələnin məğzini bilmədən, sətiraltı mənanı anlamadan həmin kütləyə qoşulan bəzi təcrübəli həmkarlarım da oldu. Mən Allaha inanan insanam. Allahın varlığına şübhə edənləri də beyinsiz insanlar hesab edirəm. Dini məsxərəyə qoyanları da şiddətlə qınayıram. Sən dini gözdən salan cahilləri məsxərəyə qoya bilərsən, amma dini məsxərəyə qoymaq olmaz. Gəlim əsas məsələyə. “Zirə” ilə oyundan sonra Samir Abasova o sualı mən vermişəm.

1. Şəxsi fikrim odur ki, Samir Abasov öz əqidəsinə hörmət eləmir. Namaz qılır ibadətlə məşğul olur, məscidə gedir, Allahın yolu ilə getdiyini deyir, amma Allahın varlığını şübhə altına alan futbolçunu komandasına götürür. Halbuki getdiyi yol buna imkan vermir. Yəni sən Allahın yolu ilə gedirsənsə Allahın varlığına şübhə edən insanla eyni məqsəd üçün mübarizə apara bilmərsən. Məsələn, mən inanmıram ki, Bəhlul “Qarabağ”da oynaya-oynaya o fikri deyə və onu “Qarabağ”da saxlayalar. Sənin getdiyin yol bunu buyurur, ay Samir Abasov sən bunu inkar edən futbolçunu komandana götürürsənsə demək ki, ilk növbədə öz əqidənə ziddi gedirsən. Bu, subyektiv fikirimdi və futbola aidiyatı yoxdur.

2. Kobud çıxmasın, sualdı vermişəm yaxşı eləmişəm. Azad söz, azad fikir deyilən anlayış var. Kimisə söyməmişəm ki? Kimisə təhqir etməmişəm ki? Jurnalist hüququmdan istifadə edib sual vermişəm. Jurnalist məbuat konfransına niyə gedir, sual verməyə. Mənim də o anda kefim istədi o sualı verdim”.

Daha sonra jurnalist sualı məhz belə ünvanladığını qeyd edib:

“Baş məşqçi ümumi fikir bildirdi axırda da 1:1-i gətirib qismətə bağladı. Mən də məhz bu anda sual verdim ki, “bəlkə, Allaha inanmayan futbolçunu meydançaya buraxdığınız üçün Allah sizi cəzalandırdı”. Sətiraltı məna var burda. Biabırçı olan bu sual deyil, bu sualdakı sətiraltı mənanı tuta bilməyib özünə əl qatanların mənə jurnalistika dərsi öyrətməsidir. Bədbəxtçilik orasındadır ki, yazanların da heç biri mətbuat konfransında olmayıb, söhbət də necə olub bilmir. Mən iştirak etdiyim mətbuat konfranslarında bu cür suallar verməyə çalışıram”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın