Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / AZTV-nin sədr əvəzi daha bir əməkdar jurnalisti çıxardı – Xalq artistinə yeni vəzifə verildi

AZTV-nin sədr əvəzi daha bir əməkdar jurnalisti çıxardı – Xalq artistinə yeni vəzifə verildi

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

Azinforum.az azvision.az-a istinadən verdiyi məlumata görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Səyavuş Məmmədovu vəzifəsindən azad edib.

 Onun yerinə Xalq artisti Ramiz Həsənoğlu təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

Həmçinin oxuyun

“Fransa həllin deyil, problemin bir parçasıdır” – Hulusi Akar

Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq tərəfsiz olmalıdır. Bu barədə Türkiyənin Milli Müdafiə naziri …