Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AzTV-nin əməkdaşı faciəvi şəkildə öldü

AzTV-nin əməkdaşı faciəvi şəkildə öldü

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşını maşın vurub.

Azinforum.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Parlament prospektində baş verib. Axşam saatlarında işdən çıxan Lamiyə Quliyeva prospektdə piyada keçidi ilə yolu keçərkən Bakı şəhər sakini Xamis Ağcayevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Xəsarət alan Lamiyə Quliyeva xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 38 yaşlı Lamiyə Quliyeva dövlət televiziyasında suflyor mütəxəssisi işləyirdi.

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın