Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “AzPetrol» vətəndaşı necə aldatdı?: YANACAQ FIRILDAĞI

“AzPetrol» vətəndaşı necə aldatdı?: YANACAQ FIRILDAĞI

Və ya 54 litr yanacaq tutan avtomobilə 65 litr yanacaq necə yükləmək olar?

Bakı sakini Eyvaz Aslanov qəribə hadisə ilə üzləşib. JAM.AZ xəbər verir ki, özünün Facebook profilində başına gələnləri nəql edən Aslanov qeyd edir ki, olay Babək prospektində yerləşən, «AzPetrol»un Yanacaq Doldurma Məntəqəsində vaqe olub.

Belə ki, o, YDM-ə şəxsi maşını ilə yanaşaraq, benzin almaq istəyib. Maşını saxladığı zaman onun deposunda 15 litr benzin olub. Lakin «AzPetrol»un işçiləri 15 litrdən əlavə daha 50 litr benzin yükləyiblər ki, bu da vətəndaşı xeyli təəccübləndirib. Ona görə ki, idarə etdiyi avtomobilin deposu toplam 54 litr benzin tutur. Və bu litrajları cəmləşdirdikdə isə məlum olur ki, istehsalçı zavod yalan məlumat verib, maşın 54 litr deyil, 65 litr benzin tutur. Ki, bu da mümkünsüzdür.

Eyvaz Aslanov bildirir ki, «AzPetrol»un işçiləri onu inandırmağa çalışıblar ki, guya, istifadə etdikləri avadanlıqlar alman dəqiqliyi ilə işləyir. «Lakin ortada fakt var. Bunlan soyğunçuluqla məşğuldurlar. Kimə şikayət edəcəyimi bilmirəm».

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın