Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Azdrama”da üsyan: Aktyorları ayağa qalxdı – ETİRAZ

“Azdrama”da üsyan: Aktyorları ayağa qalxdı – ETİRAZ

Akademik Milli Dram Teatrının bir qrup aktyoru ölkə prezidenti İlham Əliyevə məktubla müraciət edib.

 

Teatrdan Publika.az-a verilən məlumata görə, 29 nəfərin imza atdığı həmin  müraciətdə yaradıcı heyət teatrın düşdüyü ağır durumdan prezidentə şikayət edib. Onlar İsrafil İsrafilovun direktor işlədiyi müddətdə teatrda intriqaların baş alıb getdiyini vurğulayaraq ən qısa zamanda prosesin dayandırılmasını prezidentdən xahiş ediblər.

 

Aktyorlar teatrın əvvəlki şan-şöhrətinin özünə qaytarılması arzusunda olduqlarını yazıblar.

 

Müraciəti imzalayan aktyorlardan əldə etdiyimiz məlumata görə, bu məsələ ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin narazı aktyorlarla görüşü nəzərdə tutulub.

 

Məsələyə münasibət öyrənməyə çalışsaq da, Mədəniyyət və Turizm Nazirliyindən telefonlara cavab verən olmayıb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın