Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Azdrama” direktorunun səlahiyyət müddəti başa çatdı

“Azdrama” direktorunun səlahiyyət müddəti başa çatdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov vəzifəsindən gedir.

“Report”un xəbərinə görə, İsrafil İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov sayta açıqlamasında bildirib ki, nazirliklə bağlanan müqavilə müddəti bitdiyi üçün kadrların işinə xitam verilməsi faktları var: “Kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.

Xatırladaq ki, İ.İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın