Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Azay Quliyevin seçicilərlə görüşləri davam edir – Fotolar

Azay Quliyevin seçicilərlə görüşləri davam edir – Fotolar

Seçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin bu gün 8-ci mkr. S.S.Axundov küçəsinin sakinləri ilə görüş keçirib.

Çıxış edən seçicilər, fikir və təkliflərini dinləmək üçün onlarla görüşdüyünə görə deputatlığa namizədə təşəkkürlərini bildiriblər. Sakinlər yaşadıqları ərazidə görülməli işlər, həmçinin, onları narahat edən bir sıra məsələləri diqqətə çatdırıblar.

Seçki kampaniyası başlamamışdan əvvəl, dairənin yerləşdiyi əraziyə xas olan məsələlərin seçki qərargahı tərəfindən öyrənildiyini bildirən Azay Quliyev, bu məsələlərin həlli istiqamətində artıq müəyyən qənaətlərinin olduğunu söyləyib.

Dindar kəsimin nümayəndələrinin çoxluq təşkil etdiyi görüşdə, seçicilər ərazidə onların ibadəti üçün mövcud imkanların daha da genişləndirilməsi haqqında təkliflər səsləndiriblər.

Azərbaycan dövlətinin din sahəsindəki siyasəti haqqında ətraflı danışan Azay Quliyev hər kəsə ibadət üçün normal şərait yaradılığını bildirib. O, bunun örnəyi olaraq, ölkədə dini mədəblərin təmirini, yeni ibadət yerlərinin tikilməsini göstərib:”Bunu da bilirsiniz ki, Azərbaycanın, həmçinin, Qafqazın ən böyük dini məbədi olan “Heydər” Məscidi sizin sakini olduğunuz Binəqədi rayonu ərazisində tikilərək, inanclı vətəndaşlarımıza ərməğan edilib”.

Seçkini uğurla başa çatdırmaq üçün Azay Quliyevə xeyir-dua verən iştirakçılar 1 noyabrda məntəqələrə gedərək Azay Quliyevə səs verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyevin seçicilərlə növbət görüşü 26 oktyabr saat 15.00-da Binəqədi r-nu, 8-ci mkr. N.Nərimanov 81A ünvanında olacaq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın