Ana səhifə / Siyasət / AZAL Vergi Məcəlləsinin tələblərini pozub

AZAL Vergi Məcəlləsinin tələblərini pozub

“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən Vergi Məcəlləsinin tələbləri pozulub.

Bu barədə 2011-2013-cü illərdə “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsi, eləcə də dövlət əmlakından istifadə olunması ilə bağlı Hesablama Palatası tərəfindən Vergilər Nazirliyi ilə birgə həyata keçirilmiş audit tədbirinin nəticələrində qeyd olunur.

AZAL tərəfindən Vergi Məcəlləsinin tələbləri pozularaq Azərbaycanda istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım məbləği müəyyən edilərkən rezident hüquqi şəxslərə Azərbaycanın ərazisində təqdim edilmiş reaktiv yanacaq məhsullarının həcminin də ixrac kimi nəzərə alınması və gəlirdən çıxılan xərclərə aid edilməsi səbəbindən dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb.

Həmçinin, Vergi Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmayaraq rezident hüquqi şəxslərə təqdim edilmiş reaktiv yanacaq məhsulları üzrə dövriyyələrin əlavə dəyər vergisinə cəlb edilməməsi və bir sıra alışlar zamanı əlavə dəyər vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, vergi agenti qismində ödəmə mənbəyində tutulan vergilərin birbaşa dövlət büdcəsinə ödənilməməsi halları müəyyən edilib.

Dövlət əmlakının saxlanması və istifadə olunmasını tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyərək uçotdan silinmiş hava gəmilərinin, aviamühərriklərin, avtonəqliyyat vasitələrinin, maşınların, avadanlıqların, hesablama texnikasının və digər əsas vəsaitlərin ayrı-ayrı hissələrinin və sair yararlı materialların miqdarı müəyyən edilməyib, onlar, eləcə də müxtəlif ehtiyat hissələri və mal-materiallar bazar qiyməti ilə qiymətləndirilməyib.

Müxtəlif məzmunlu əməliyyatlar üzrə hesablaşmalara görə, keçmiş illərdən yaranmış debitor borcların bağlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, xarici ölkələrdəki nümayəndəliklərdə nağd hesablaşmalar qanunvericiliklə kassa əməliyyatlarına dair müəyyən edilmiş tələblərə uyğun tam rəsmiləşdirilməyib, beynəlxalq sərnişindaşımalar üzrə aviabiletin qiymətinin tərkibində tarifdən əlavə yığımların növlərinin müəyyənləşdirilməsi və miqdarının hesablanması əsasları rəsmiləşdirilməyib. Həmçinin, statistik hesabatların tərtibində təhriflərə yol verilməsi və nizamnamə kapitalının məbləğinin müvafiq sənədlərdə fərqli göstərilməsi də müəyyən edilib.

Hesabatın müzakirə olunduğu kollegiya iclasında, həmçinin beynəlxalq sərnişin daşıma xidmətləri üzrə aviabiletlərin agent satışı qiymətləri üzərində sonrakı müşahidə qaydasında monitorinqlərin aparılması, qiymət artımlarının səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətlərində tədbirlərin görülməsi üçün Kollegiya qərarından çıxarışın Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasına göndərilməsi qərara alınıb. /Report.az/

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın