Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / AZAL qiymətləri iki dəfə qaldırdı – Cahangir Əsgərovun açıqlaması əksi çıxdı

AZAL qiymətləri iki dəfə qaldırdı – Cahangir Əsgərovun açıqlaması əksi çıxdı

Yeni il qabağı Azərbaycandan Türkiyəyə gedən turistlərin sayının çox olması səbəbindən Azərbaycan Hava Yolları (AZAL) biletlərin qiymətini iki dəfə bahalaşdırıb.
Mia.az xəbər verir ki, bu barədə unikal.org-a Türkiyədən Azərbaycana işləmək üçün gələn şəxs bildirib. O qeyd edib ki, bilet qiymətlərinin artması onu yeni il qabağı ölkəsinə qayıtmaq üçün başqa imkanlardan istifadə etməyə məcbur edib:
“Ötən ay Atatürk Hava Limanına gediş-gəliş üçün 197 manata olan biletin qiymətini AZAL 400 manata qaldırıb. Məcburi olaraq vətənimə Gürcüstandan getməliyəm. Orada biletlər AZAL-ın müəyyənləşdirdiyi tariflərdən 4-5 dəfə ucuzdur. Bu cür qiymət artımını isə heç cür başa düşə bilmirik”.
Image result for AZAL Paşa
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski qiymət artımınıUnikal.org-a dolayı yolla təsdiqləyib:
Onun dediklərinə görə, təyyarə avtobus deyil ki, standart qiymətə sərnişin daşısın:
“Hər ayın əvvəli, ortası və sonunda qiymətlər dəyişir. Bilet qiymətinin artıb-azalması proseduru bütün dünyada belədir.Sizin sualınız biraz qəribədir. Təyyarə ilə sərnişin daşıma avtobuslar kimi deyil. Bizdə Bakıdan İstanbula 49 avrodan başlayan bütün ucuz biletlər satılıb. Bu da təbii ki, yeni ilin gəlişi ilə bağlıdır. Hazırda Türkiyəyə getmək istəyən sərnişinlər çoxluq təşkil edir. Hazırda yalnız bahalı biletlər qalıb”-deyə O, vurğulayıb.
Qeyd edək ki, bu ilin dekabrın 8-də AZAL konserninin prezidenti Cahangir Əsgərov Tarif Şurası tərəfindən aviasiya yanacağının qiymətinin artırılmasına baxmayaraq biletlərin tariflərinin artmayacağı fikrini səsləndirmişdi.
AZAL-ın mətbuat xidməti vasitəsilə konserninin prezidenti Cahangir Əsgərov bəyan edib ki, bütün aviaşirkətlərdə olduğu kimi AZAL-ın aviabiletlərinin qiyməti uçuş tarixlərindən və reyslərdə yerlərin doluluğundan asılı olaraq formalaşır.
“Biz vətəndaşlarımız üçün münasib qiymətə səyahət və işgüzar səfər etmək imkanını saxlamaq istəyirik. Aviasiya yanacağının qiymətinin artırılması şübhəsiz ki, xərclərimizə təsir göstərəcək, lakin sərnişinlər üçün aviabiletlərin tariflərinə təsir göstərməyəcək”, – deyə C. Əsgərov qeyd edib.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın