Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / AZAL qiymətləri endirməyib

AZAL qiymətləri endirməyib

Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib.

Fins.az xəbər verir ki, açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov bildirib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”

*    *   * 14:51

AZAL təyyarə biletlərinin qiymətlərini azaldıb.

Bu haqda aznews.az saytı xəbər yayıb. Turizm şirkətlərindən sayta daxil olan məlumata görə, prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-da qiymətlərin bahalılığı ilə bağlı tənqidlərindən sonra şirkət qiymətləri aşağı salıb.

Belə ki, Azərbaycandakı turizm şirkətlərinə AZAL-dan bununla bağlı müvafiq məktub göndərilib. Məktubda Bakı-İstanbu reysinin 90 manat olması ilə bağlı göstəriş yer alıb. Qərarın nə vaxt qüvvəyə minəcəyi isə hələki dəqiq deyil.

Onu da qeyd edək ki, aviaşirkətin saytı naməlum səbəblərdən işləmir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın