Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / AZAL pijama və uşaq hədiyyəsi üçün 2 min manat istəyir

AZAL pijama və uşaq hədiyyəsi üçün 2 min manat istəyir

Azərbaycan Hava Yolları Şirkəti (AZAL) iyulun 10-dan etibarən sərnişinlər üçün yeni xidmət sinfi istifadəyə verib.

“Biznes-lüks” adlanan yeni sinif “Ekonom” sinifdən yüksək olan “Biznes-klass” sinfindən daha yüksək sayılır və hələki üç istiqamətdə Bakı-New York – Bakı, Bakı-London – Bakı, Bakı – Pekin – Bakı reyslərində tətbiq olunacaq.

“Report” yeni əlavə olunan sinfin qiymətləri və üstünlüklərini araşdırıb. Məsələn, avqustun 3-dən 10-na qədər reallaşacaq Bakı-NyuYork-Bakı reysində “Biznes-klass” biletləri 2 801 manat, “Biznes-lüks” isə 4 362 manat təşkil edir. Avqustun 4-dən 11-nə qədər olan Bakı-London-Bakı reysində “Biznes-klass” üzrə biletin qiyməti 1 284 manat, “Biznes-lüks”da isə 3 316 manatdır. Yeni sinfin tətbiq olunduğu Bakı-Pekin-Bakı reysində isə avqustun 4-dən 11-nə qədər həyata keçəcək uçuşun “Biznes-klass” sinfi üzrə bilet qiyməti 1 196 manat, “Biznes-lüks”da isə 2 364 manatdır.

AZAL-dan sayta verilən məlumata görə, “Biznes-lüks” bileti alan şərnişinlər pijama, uşaqlar üçün hədiyyələr, bəzi fərqli çeşiddə sərinləşdirici və spirtli içkilərə görə, Bakı-NyuYork-Bakı reysində 1 561 manat, Bakı-London-Bakı reysində 2 032 manat, Bakı-Pekin-Bakı reysində isə 1 168 manat əlavə pul ödəməli olacaq.

 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın