Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / AZAL-ın ictimaiyyətlə qiymət oyunu – AÇIQLAMA 

AZAL-ın ictimaiyyətlə qiymət oyunu – AÇIQLAMA 

Ötən ay bundan sonra insanlardan aviabiletlərə görə, pulu az alacağını açıqlayan Azərbaycan Hava Yolları (AZAL) şirkəti, vədinə əməl etmədi. Bunu biz yox, sosial mediada öz narazılıqlarını bildirən istifadəçilər söyləyirlər.
İyulun sonlarında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) aşağı büdcəli sərnişindaşıma xəttinin (lou-kost istiqamətlər) avqust ayından etibarən açılacağını elan etdi. Eyni zamanda ölkə başçısının tapşırığına uyğun olaraq, insanlar AZAL-dan əsaslı endirimlər gözləyirdilər. Lakin bu baş vermədi.
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski ilə əlaqə saxladıq.  P.Kəsəmənski musavat.com-a bildirdi ki, artıq AZAL-da məlum qiymət endirimləri olub. Növbəti endirimlərlə bağlı isə açıqlama verəcək.
AZAL rəsmisinin vurğuladığı endirimdən sonrakı qiymətləri nə qədər məqbul saymaq olar?
Mövzu ilə bağlı musavat.com-a  İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev danışıb.  O bildirib ki, AZAL tərəfindən “qiymət endirimi” adlandırılan prosesin əslində endirimlərə heç bir aidiyyatı yoxdur:
“Onlar sadəcə olaraq xüsusi reyslər açıblar ki, bu da qiymət endirimi sayılmır. Bu cür qiymət endirimi  ola bilməz. AZAL müvafiq  olaraq rəqabət mühitini təmin etməlidir ki, ölkəyə digər şirkətlər də  cəlb olunsun. Yalnız rəqabət mühiti olduğu halda sağlam fəaliyyət ola bilər. Bütün hallarda  bu gün AZAL öz istədiyi qiymətlərlə işləyir. Hazırda bu şirkətdən tələb olunan əsas şərt budur ki, ilk olaraq qiymətlərin əsasını formalaşdırsın. Yəni, açıqlasınlar ki, hansı səbəbə görə, qiymətlər bu qədər yüksəkdir. Söylədiyim məsələ ilə bağlı heç bir bilgi şəffaflığı yoxdur. İkincisi isə bazara nisbətən ucuz xidmət göstərən şirkətlərin daxil olmasına imkan verməlidir. Belə olarsa, hansısa endirimdən danışmaq olar”.
Əli Rais, musavat.com

Həmçinin oxuyun

“Nə birinci, nə də ikinci bəyanatda status məsələsi yoxdur” – Ziyafət Əsəgərov

Azərbaycan qanunvericiliyinə görə, 10 noyabrdan sonra həbs edilmiş ermənilər təxribatçı və terrorçudur. Cinayət hüququnda hansı …

Bir cavab yazın