Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / AZAL-dan XƏBƏRDARLIQ: Aviabilet alınarkən problem yarana bilər – VİDEO

AZAL-dan XƏBƏRDARLIQ: Aviabilet alınarkən problem yarana bilər – VİDEO

“Azərbaycan Hava Yolları” QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib.

Xəbərdarlıqda bildirilir ki, “Amadeus” sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.

“Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: [email protected]”,- deyə məlumatda bildirilir.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.

Müxtəlif brauzerlərdə keşin təmizləməsi üzrə təlimat aşağıdakı videoda təqdim edilib:

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın