Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Siyasət / AZAL biletləri ucuzlaşdıracaqmı?

AZAL biletləri ucuzlaşdıracaqmı?

“Prezident İlham Əliyevin AZAL-ın aviabiletlərə təyin etdiyi qiymətlərin yüksək olması ilə bağlı çıxışından sonar Azərbaycanda hamı AZAL-dan konkret addımlar atmağı gözləyir”.

Bu barədə virtualaz.org saytına Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

N.Bağırovun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin dünənki sərt tənqidi çıxışından sonra artıq yaxın günlərdə aviabiletlərin ucuzlaşmasını gözləmək mümkündür: “AZAL-da həqiqətən də xidmət səviyyəsi çox yüksəkdir, amma biletlər çox baha satılır. Regionlardakı aeroportları – Gəncə, Qəbələ və digər yerlərdəki aeroportları da dövriyyəyə cəlb etmək lazımdır ki, müştərilərin seçim imkanları olsun. Daxili bazara xarici aviaşirkətləri də cəlb etmək lazımdır” – deyə N.Bağırov bildirib.

AzTA sədri AZAL rəhbərliyinin hazırda aviauçuşların qiymətlərinin nizama salınması ilə məşğul olduğuna ümid etdiyini də bildirib.

Həmçinin oxuyun

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan …

Bir cavab yazın