Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Azadlıq” qəzeti qiyməti qaldırdı

“Azadlıq” qəzeti qiyməti qaldırdı

“Azadlıq” qəzetinin qiyməti 60 qəpiyə qaldırılıb.

Qəzetin bugünkü sayında bu haqda elan yerləşdirilib.

Qəzet qiymət artımına məcburiyyət qarşısında getdiyini bildirib, bunu ikinci devalvasiyadan sonrakı bahalaşma ilə izah edib: «Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur».(“Qafqazinfo”)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın