Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / AZAD RƏHİMOVUN BABASI ERMƏNİ KATALİKOSUNU NİYƏ OTAĞINDAN QOVUB?

AZAD RƏHİMOVUN BABASI ERMƏNİ KATALİKOSUNU NİYƏ OTAĞINDAN QOVUB?

Roma Papası İrəvanda bildirib ki, “azərbaycanlılara başa salacağam ki, kiçik bir torpaq parçasına görə sülhdən uzaqlaşmaq olmaz”. Yəni bu adam faktiki olaraq Qarabağı Azərbaycandan alıb Ermənistana birləşdirmək fikrindədir. Bu hadisə istər-istəməz 1954-58-ci illərdə Azərbaycan SSR-in baş naziri olmuş Sadıq Rəhimovu yada salır.
O, kifayət qədər sərt və prinsipial bir adam olub. 1957-ci ildə Azərbaycan qazının Ermənistan və Gürcüstana nəqli məsələsi müzakirəyə çıxarılanda, MK bürosunda Sadıq Rəhimov buna etirazıını bildirir. O, rayonlarda qaz çatışmadığı halda, qazı qonşulara verməkdən imtina edir.
Sadıq Rəhimov hətta Mingəçevirdən qonşulara elektrik xətti çəkilməsinə, Daşkəsən filizinin Rustaviyə daşınmasına da etirazını bildirir.
1958-ci ildə ermənilərin katalikosu II Vazgen Bakıya gəlir və Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimovla görüşür. II Vazgen deyir ki, “ikimiz də bir dövlətin – SSRİ-nin tərkibindəyik. Fərqi nədir Dağlıq Qarabağ sizdə oldu, ya bizdə. Gəlin bu ərazini ermənilərə verin”. Sadıq Rəhimov bərk əsəbiləşir və II Vazgeni ağır söyüşlə təhqir edib otağından qovur. Təxminən “GalataSaray”ın abbreviaturasındakı hərflərlə başlayan sözləri dilə gətirir.
Bütün bunlar Moskvanın səbrini daşırır və Sadıq Rəhimov baş nazir vəzifəsindən azad edilir.
P.S. Sadıq Rəhimov indiki gənclər və idman naziri Azad Rəhimovun babasıdır.

Cavid İsmayıl

Azinforum.az

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın