Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Azad Rəhimovun 300 minlik atı – NAZİRİN ƏRƏB ATI VARMIŞ

Azad Rəhimovun 300 minlik atı – NAZİRİN ƏRƏB ATI VARMIŞ

Azərbaycanan Atıcılıq Federasiyasının nəzdində olan Atçılıq Mərkəzindəki atlar və sahibləri haqqında yeni məlumatlar yayılmaqdadır.
Mərkəzdəki ən bahalı atlardan biri Gənclər və İdman naziri Azad Rəhimova məxsusdur.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, nazir atının qiyməti təxminən 250-300 min manat dəyərindədir. Atın əsas çaparı isə olimpiya iştirakşısı Camal Rəhimovdur. Həmin atın ərəb atı olduğu da iddia olunur.
Qeyd edək ki, Camal Rəhimov ölkəmizi iki dəfə Olimpiya Oyunlarında təmsil edib. Ancaq o heç bir nəticə verə bilməyib. London Olimpiadasında isə o ən güclü 45 çapar arasına belə düşə bilməyib.
Məsələ ilə bağlı Azərbaycanan Atıcılıq Federasiyası ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab verən tapılmadı.(Yeniçağ)

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın