Bazar , Yanvar 24 2021
Ana səhifə / Siyasət / “Azad edilmiş bəzi ərazilərdə erməni yaraqlıları qalır və terror hücumları törədir…”

“Azad edilmiş bəzi ərazilərdə erməni yaraqlıları qalır və terror hücumları törədir…”

Prezident İlham Əliyev bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən azad olunmuş ərazilərdə hələ də müəyyən erməni yaraqlılarının qaldığını, atəşkəsin pozulması hallarının baş verdiyini deyib.

“Əfsuslar olsun ki, müharibədən sonra da şəhidlərimiz var. Deyə bilərəm ki, bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirilib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar. Onlara imkan verildi. O cümlədən Rusiya sülhməramlı qüvvələri bu işlərə qoşularaq, imkan verildi ki, onlar o bölgələrdən çıxsınlar. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər, ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-a keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir”,-prezident bildirib.

Xatırladaq ki, dekabrın 12-də Azərbaycan ordusunun Xocavənd raynunun işğaldan azad edilmiş ərazilərində-Köhnə Tağlar və Çaylaqqala kəndləri ətrafında keçirdiyi xüsusi əməliyyat nəticəsində 60-dan çox erməni silahlısı tutulub. Bu əməliyyat azad edilmiş ərazilərdə gizlənərək döyüş mövqeləri yaratmağa çalışan yaraqlıların hərbçilərimizə bir neçə terror hücumuna cavab olaraq keçirilmişdi. Daha sonra bir neçə gün əvvəl erməni yaraqlıları Xocavəndin Ağdam kəndində də hərbçilərimizə hücum edib, nəticədə bir hərbçi şəhid olub, digəri yaralanıb. Xüsusi təyinatlılar 6 nəfərlik həmin silahlı qrupu tezliklə aşkar edərək məhv ediblər.

Silahlı hücumlarla yanaşı erməni yaraqlılarının azad edilmiş ərazilərə sızaraq yollara mina qoyduğu haqda da məlumatlar var.

Prezidentin son bəyanatında mühüm olanı budur ki, hərbi əməliyyatların dayandırılmasından sonra yaxalanan erməni yaraqlıları hərbi əsirlər hesab edilmir və onlara münasibətdə cinayət məcəlləsinin müvafiq maddələri işə düşməlidir. Virtualaz.org

Həmçinin oxuyun

Bakı İrəvandan bu yolla yeni ərazilər alacaq

Bakı və Ankara beynəlxalq meydanlarda Ermənistana qarşı fəaliyyət aparır. Bunu jurnalistlərə açıqlamasında erməni türkoloq Ruben …