Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / “Azәrbaycan şahmat ölkәsinә çevrilir” – Nazir

“Azәrbaycan şahmat ölkәsinә çevrilir” – Nazir

Bu gün “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı”nın yekunlarına dair tədbir keçirilir.

“Qafqazinfo” xәbәr verir ki, tәdbirdә çıxış edәn Gәnclәr vә idman naziri Azad Rәhimov tәdbir haqqında mәlumat verib. Nazir ölkәmizdә şahmatın inkişafından danışıb: “Azәrbaycan artıq şahmat ölkәsinә çevrilir. Ölkәmizin müxtәlif rayonlarında 60-a yaxın şahmat mәktәbi açılıb. Bu da onu göstәrir ki, bizdә şahmata maraq böyükdür. Azәrbaycanda 25 beynәlxalq qrossmeyster, 16 beynәlxalq usta, 16 FİDE ustası vә 15 beynәlxalq hakim var. Gәlәn il Şahmat Olimpiadasının ölkәmizdә keçirilmәsi dә bizim uğurumuzdur”.

Təhsil naziri Mikayıl Cabbarov çıxışında qeyd edib ki, şahmatı təhsil sistemində fənn kimi tədris edilir: “Respublikanın hər rayonunda pilot məktəblər seçilib. Biz təhsil sistemində uğurlu olmaq üçün şahmatı bir idman növü kimi inkişaf etdiririk. Burada intellektuallıq, düşüncə tərzi kimi keyfiyyətlər var. Bu keyfiyyətlər düzgün qərarların verilməsində mühüm rol oynayır”.

 

Həmçinin oxuyun

“Göyçə gölünün əsas mənbələri Azərbaycanın nəzarətinə keçib” – Petrosyan

Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub.Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn …

Bir cavab yazın