Cümə , Noyabr 15 2019
Ana səhifə / Siyasət / “Azəryolservis”də kütləvi ixtisarlar başlayır

“Azəryolservis”də kütləvi ixtisarlar başlayır

Saleh Məmmədov “Azəryolservis” ASC-nin sədri vəzifəsinə təsdiqlənəndən sonra bu quruma daxil olan 115-dən artıq idarənin bütün işçilərindən işdən çıxarılma barədə ərizə alınıb.

Mia.az xəbər verir ki, qurumdakı mənbələrin azadliq.info-ya verdiyi məlumata görə, bu, kütləvi ixtisar gözləntisi ilə bağlıdır.

Mənbənin sözlərinə görə, bundan sonra qurumların sayı 40-dan az olacaq. Bu da onunla əsaslandırılır ki, qarşıdakı illərdə büdcədə yol lahiyələrinə əvvəlki qədər pul ayrılmayacaq. Söhbət ancaq təmir işlərindən gedir. Bu işləri də regional idarələr həyata keçirə bilərlər.

Ərizələrin əvvəlcədən alınması isə, onun iddiasına görə, kütləvi ixtisarlardan yarana biləcək narazılığa hesablanıb.

Həmçinin oxuyun

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi –SİYAHI

Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib. Onlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan …

Bir cavab yazın