Cümə , Noyabr 27 2020
Ana səhifə / Siyasət / “Azərtelekom”un rəhbəri dəyişdi

“Azərtelekom”un rəhbəri dəyişdi

“Azərtelekom” MMC-nin rəhbəri dəyişib.

Azinforum.az “APA”ya istinadənxəbər verir ki, Fuad Allahverdiyev şirkətin baş icraçı direktoru təyin olunub. F. Allahverdiyev Haim Maimonu əvəzləyib.

F. Allahverdiyev açıqlamasında faktı təsdiqləyib. O, əlavə edib ki, şirkət hazırda inkişaf strategiyası üzərində çalışır və fəaliyyətini aktivləşdirmək niyyətindədir.

Qeyd edək ki, “Azərtelekom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə beynəlxalq naqilli telefon əlaqəsi, internet, eləcə də məlumat və səs ötürülməsini təklif etməklə, naqilli rabitə bazarında fəaliyyət göstərmək məqsədilə təsis edilib. “Azərtelekom” şəbəkəsi Azərbaycanı şimaldan cənuba və qərbdən şərqə qonşuları Rusiya, Gürcüstan və İranla birləşdirir.

Şirkətin səhmdarları “Azərfon” MMC (95%), “Aztelekom” MMC (2,5%) və “Bakı Telefon Rabitəsi” MMC-dir (2,5%).

Həmçinin oxuyun

Azərbaycanı dəstəkləyən görünməz güc – TƏHLİL

“Prezident Əliyevin geosiyasi məharəti və bacarığı məhz bundan ibarət oldu ki, mürəkkəb geosiyasi oyunda Azərbaycanın …

Bir cavab yazın