Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Azərsun Holdinq”in prezidenti: “Azərbaycan Qolf Federasiyasına rəhbərlik etmək iddiasında deyiləm”

“Azərsun Holdinq”in prezidenti: “Azərbaycan Qolf Federasiyasına rəhbərlik etmək iddiasında deyiləm”

“Azərbaycan Qolf Federasiyasına rəhbərlik edib-etməməyim dövlətin qərar verəcəyi məsələdir”.
Bunu “Report”a açıqlamasında “Azərsun Holdinq”in prezidenti Abdulbari Goozal deyib.
A.Goozal belə bir iddiasının olmadığını bildirib: “Olsa, üstünlüyü xarici direktora verərdim ki, Azərbaycanda qolfu inkişaf etdirsin. O, bunu məndən daha yaxşı bilər”.
Yay Olimpiya Oyunlarının proqramına daxil edilən qolfun Azərbaycanda maddi-texniki bazasının yaradılması məqsədilə bir sıra tədbirlər görülüb. O cümlədən, “Azərsun Holdinq”in inşa etdirdiyi Xəyal adasında ötən il “Dreamland” qolf klubu istifadəyə verilib. A.Goozal həmin klubda bu idman növünün inkişaf etdirildiyini açıqlayıb: “Əlbəttə, inkişaf gedir. 150 daimi üzvümüz var. Onların arasında həm yerli, həm də xaricilər mövcuddur. Elə olur ki, həftəsonu oynamağa yer tapa bilmirlər. Gənclər gəlib öyrənirlər. Qolf Akademiyamız fəaliyyət göstərir”.
Qeyd edək ki, Azərbaycan Qolf Federasiyasına 2001-ci il dekabrın 28-dən Anar Məmmədov rəhbərlik edir.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın