Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Azərsu”da gözlənilməz təyinat: – Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi

“Azərsu”da gözlənilməz təyinat: – Qorxmaz Hüseynov keçmiş sədrə vəzifə verdi

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Nizaməddin Rzayev yenidən vaxtı ilə rəhbərlik etdiyi quruma qayıdıb.

Bu barədə Mia.az-a “Azərsu”dan məlumat daxil olub. Məlumatda bildirilir ki, “Azərsu”da keçmiş sədr üçün yeni ştat da açılıb: “Nizaməddin Rzayev “Azərsu”da müşavir vəzifəsinə təyin edilib”.

Nizaməddin Rzayevlə bağlı əmrin sədr Qorxmaz Hüseynov tərəfindən 1 həftə əvvəl imzalandığı da bildirilir.

Məlumat üçün onu da qeyd edək ki, 2005-ci ildə “Azərsu” ASC-nin sədri Oqtay Əsədovun Milli Məclisin sədri seçilməsindən sonra N.Rzayev onun postunun tutub. Ancaq o, bu vəzifədə 2011-ci ilədək karyerasını dürdürüb. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad edərək, SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynovu “Azərsu” ASC-nin sədri təyin edib.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın