Şənbə , Avqust 24 2019
Ana səhifə / Siyasət / “Azərişıq” 90-cı illərə geri dönür

“Azərişıq” 90-cı illərə geri dönür

Dünən Bakıya qarın ilk dənələri düşməyə başlayan kimi paytaxtın elektrik enerjisi təhizatında da problemlər dərhal özünü göstərməyə başlayıb.

Əməkdaşımız xəbər verir ki, yanvarın 25-də axşam saatlarından etibarən Bakının Suraxanı rayonunun bir çox qəsəbələrində, o cümlədən Bül-Bülə qəsəbəsi, S.Əliyev massivində işıqlar əvvəlcə yanıb-sönməyə başlayıb. Daha sonra tamam sönüb. Bir neçə saatdan sonra elektrik enerjisinin verilməsi bərpa olunub, ancaq olduqca aşağı gərginlikdə, lampaları güclə közərdəcək qədər…

Bu qəsəbələrdə elektrik enerjisinin kəsilməsi həm də istiliyin olmaması deməkdir. Çünki fərdi evlərin əksəriyyəti kombilərlə qızdırılır.

Sakinlər deyir ki, belə hadisə ilk dəfə deyil baş verir. Son 3-4 ildə qış mövsümündə hər dəfə qar yağanda, yaxud külək əsəndə həmin ərazilərdə işıqlar gah günlərlə sönür, gah közərir. Hərçənd ki, paytaxtın ətraf qəsəbələrinin elektrik enerjisi ilə təchizatı illər əvvəl tamamilə yenilənmişdi və prinsipcə, problemlər ötən əsrin 90-cı illərinin ortalarında olduğu kimi, bu cür intensiv xarakter almalı deyildi.

Problem həm də bundadır ki, elektrik enerjisinin təminatında problemlər yaranan kimi “Azərişıq”ın abonentlərin müraciətlərinə cavab verməli olan telefonları da “sönür”. Bül-Bülə qəsəbəsi, S.Əliyev massivinin sakinləri deyir ki, onlar axşamdan bəri nə “Azərişıq”ın 199 Qəza Xidmətinə, nə texniki sahə üzrə 440 29 21 nömrəli qaynar xəttinə, nə Suraxanı ETSİ-nin telefonlarına zəng edə bilmirlər. Bundan əvvəl də paytaxtın elektrik enerjisi ilə təchizatında problemlər yaranan kimi “Azərişıq”ın telefonları zəngləri qəbul etmirdi. Görünür bu, “Azərişıq”da abonentlərin kütləvi xarakter alan şikayətlərindən qaçmaq üçün ən sərfəli metoddur…

Həmçinin oxuyun

Etibar Məmmədov aktiv siyasətə qayıdır? – AMİP liderinin dünəni, bu günü və perspektivləri

Redaksiyadan: Müstəqilliyimizi elan edəndən bəri Azərbaycanda dondurulmuş bir siyasi mühit mövcuddur. Xarici güclərin dəstəyini alaraq, …

Bir cavab yazın