Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Siyasət / “Azəriqaz”da yeni struktur islahatı anonsu: – Regional idarələr ləğv olunur

“Azəriqaz”da yeni struktur islahatı anonsu: – Regional idarələr ləğv olunur

Azərbaycan Dövlət Neft Şirkətinin struktur bölməsi olan “Azəriqaz” İstehsalat Birliyində yaxın günlərdə yenidən struktur dəyişikliyi gözlənilir.

Mia.az xəbər verir ki, buna səbəb olaraq bir necə il bundan öncə aparilan struktur dəyişikliyinin effekt verməməsidir:

“Məlumat üçün deyək ki, o zaman struktur dəyişikliyi nəticəsində 8 regional Qaz İstismar idarəsi yaradıldı. Bunlar Zaqatala Regional Qaz İstismar İdarəsi (RQİİ), Salyan RQİİ, Xacmaz RQİİ,  Tərtər RQİİ,  Gəncə RQİİ,  Ağsu RQİİ və Şəmkir RQİİ adlı qurumlar oldu. Maraqlıdır ki, bu yeni qurumların hər birinə də 7, 8, 9  rayon xidmət sahələri tabe edildi. Bu isə gözlənildiyinin əksinə olaraq, daydalı iş əmsalını, işin keyfiyyətini kəskin şəkildə aşağı saldı. Eyni zamada, rayon qaz idarələrində iş təcrübəsi olan işcilərin regional qaz idarələrinə göndərilməsi işlərin keyfiyyətini sürətlə aşağı saldı.

Məsələn, ucqar dag rayonu olan Agstafa Qaz istismarı İdarəsinin mühəndisi Şəmkir Regional Qaz İstismar İdarəsinə mühəndis kimi göndərildi. Məcbur göndərilən bu işcilər də müəyyən bəhanələrlə xəstəxanalarda bülleten açdırmaqla, günlərini kecirməyə başladılar. Bu da iş səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub”.

Məlumata görə, qeyd edilən struktur islahatından sonra əhali abonentlərində yığım da zəifləyib: “Bəli, bu islahatdan sonra qazpulu yığımı kecmiş illərə baxanda xeyli zəifləyib, kəmərlərdə qaz itkiləri çoxalıb. Eyni zamanda, vətəndaşların ərizə və şikayətlərinə vaxtında və operativ baxılmaması halları da artıb. Bundan başqa, təsəvvür edin ki, Ağstafa rayonundan hansisa fiziki şəxs qaz alqı-satqısı üzrə müqavilə bağıamaqdan ötrü müəyyən vəsait xərcləyərək, Şəmkir RQİİ-yə gəlməlidir. Halbuki, əvvəl belə deyilldi. vətəndaş elə öz rayonunda bu problemi həll edə bilirdi…”.

Hazırda bu və ya digər səbəblərdən “Azəriqaz”da yenidən islahatlların aparılmasının gündəmə gətirildiyi deyilən məlumatda bildirilir ki, tezliklə bu problemlər səbəbindən qurumda yenidən islahata start veriləcək.

Həmçinin oxuyun

Qarabağda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Bu barədə Rusiya Müdafiə Nazirliyi …

Bir cavab yazın