Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / “Azəriqaz” əhaliyə 100 manatlıq limit qoydu – Video

“Azəriqaz” əhaliyə 100 manatlıq limit qoydu – Video

İndiyə qədər qaz sayğacları üçün smart kartınızın balansını artırmaq üçün maksimum iki min manat yükləyə bilirdiniz. Artıq bu rəqəm 100 manata endirilib.

Ödəmə terminallarında bu haqda elan yerləşdirilib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin sözlərinə görə, Tarif Şurasının təbii qazın qiymətinin diferensiallaşdırılması ilə bağlı müvafiq qərarından sonra bu addım atılıb. Limitin qoyulmasına səbəb sırf texniki məsələdir.

Kartınızdaki 100 manatı sayğaca yükləyəndən sonra yenə balansınızı 100 manat artırmaq istəsəniz yalnız bir dəfə şans veriləcək.

Proses sadəcə bir aylıq nəzərdə tutulub. Gələn ilin yanvarın 1-dən ödəmə əvvəlki qaydada aparılacaq.

Azinforum.az “Xəzər Xəbər”in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Paylaş:

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …

Bir cavab yazın